Kriminal

Yardımlıda yanğın: Alovlar iki hektar ərazini bürüdü - Video

18 Sep 2026, 22:36 3 baxış
Yardımlıda yanğın: Alovlar iki hektar ərazini bürüdü - Video
Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yardımlı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 2 hektar sahədə quru ot yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər və hava elektrik xətləri yanğından mühafizə olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər