Cəmiyyət

10 ildir Qaraçuxur sakinlərinin gününü qara edən problem niyə həll edilmir? - Video

18 Sep 2026, 21:48 3 baxış
10 ildir Qaraçuxur sakinlərinin gününü qara edən problem niyə həll edilmir? - Video
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində yerləşən beşmərtəbəli binanın zirzəmisinə kanalizasiya suları dolur. Oxu.Az xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, problem artıq 10 ildən çoxdur davam edir. Bildirilir ki, kanalizasiya suları yanaşı bloklardan axaraq binanın zirzəmisində toplanır və ərazidə kəskin üfunət yaradır.

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini deyirlər. Onların sözlərinə görə, ərazi üzrə mənzil-kommunal istismar idarəsinin əməkdaşları bir neçə dəfə ərazidə təmir işləri aparsalar da, problem birdəfəlik həll olunmayıb. Sakinlər, həmçinin bildirirlər ki, təmir zamanı qazıntı aparılan ərazilər sonradan asfaltlansa da, zaman keçdikcə həmin hissələrdə çökmə və aşınmalar yaranır. Bu isə piyadaların hərəkətini çətinləşdirir.
Mənbə oxu.az

Oxşar Xəbərlər