İdman
"Neftçi" Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib. Oxu.Az xəbər verir ki, açılış oyununda "Neftçi" səfərdə "Qəbələ" ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən görüş qonaqların 0:3 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 25-ci dəqiqədə Breno Almeyda, 86-cı dəqiqədə Adeleke Akinyemi və 90+2-ci dəqiqədə Lyubomir Tupta vurublar. Xallarını 15-ə çatdıran Bakı klubu turnir cədvəlinin ilk pilləsinə yüksəlib. Ev sahibləri isə 4 xalla 8-ci sıradadır. Qeyd edək ki, bu qarşılaşma "Neftçi"nin Azərbaycan çempionatları tarixində 1000-ci oyunu olub.
Mənbə
oxu.az