Cəmiyyət
Fermerlər çıxılmaz durumda: Su problemi kəndliləri təngə gətirib - Video
Cəlilabadda fermerlər suvarma problemindən əziyyət çəkirlər. Maldarlıqla məşğul olan təsərrüfat sahiblərinin sözlərinə görə, Muğan-Salyan kollektorundan təsərrüfatlara suyun verilməsi dayandırılıb. Fermerlər bildirirlər ki, nəticədə 700-dən çox mal-qara susuz qalıb, yonca sahələri isə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Oxu.Az xəbər verir ki, sakinlər yaranan problemlə bağlı Baku TV-nin qaynar xəttinə müraciət ediblər. Fermerlərdən biri suyun əvvəllər fasiləsiz verildiyini deyib və vəziyyəti belə ifadə edib:
"Gözümü açandan bu kanaldan həmişə su axıb. İçməli su kimi olmasa da, bütün mal-qara üçün ondan istifadə etmişik, əkinimizi suvarmışıq. İndi suyumuzu kəsiblər. Pensiyaçı adamam, maşınla su almağa pulum yoxdur".

Mənbə
oxu.az