Cəmiyyət
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
30 ildir bronxial astma xəstəliyindən əziyyət çəkən Bakı sakini İntiqam Mustafayev əlillik dərəcəsinin dəyişdirildiyini iddia edir. Oxu.Az Baku TV-ə istinadla xəbər verir ki, vətəndaşın sözlərinə görə, xəstəliyə hərbi xidmət zamanı tutulub və uzun illər ikinci dərəcə əlillik statusunda olub.
Əlillik müddəti başa çatdıqdan sonra yenidən müayinədən keçən İntiqam Mustafayev sənədlərdə onun əlilliyinin üçüncü dərəcə kimi qeyd edildiyini bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib. Lakin 5 aydır heç bir nəticə əldə edə bilmir. Vətəndaş iddia edir ki, müraciətlərindən birində ona sənədlərdə səhvə yol verildiyi bildirilib və problemin həll olunacağı deyilib: "Dedilər ki, bağışlayın, səhv olub, sizdə ağır dərəcəli xəstəlikdir. Yatdığınız xəstəxanadan "Forma-88" alınmalıdır. Gedin, biz məsələni həll edəcəyik. Ancaq vədlərinə əməl etmədilər". İntiqam Mustafayev bildirir ki, bronxial astma səbəbindən daim dərman qəbul edir və əlillik statusunun düzgün müəyyənləşdirilməsini istəyir. "Mən bu dərmanlarla yaşayıram. Bu dərmanlar olmasa, mən ölərəm", - deyə o, sözlərinə əlavə edib.

Mənbə
oxu.az