Cəmiyyət

Cəlilabadda suyun verilişi bərpa olunub

18 Sep 2026, 19:54 3 baxış
Cəlilabadda suyun verilişi bərpa olunub
Cəlilabad şəhərində su borusunda baş vermiş qəza aradan qaldırılıb. Oxu.Az "Report"a istinadla xəbər verir ki, həmçinin əhalinin su ilə təminatı da bərpa olunub. Hadisə ilə əlaqədar Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin və Yolların Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb olunublar. Görülən tədbirlər nəticəsində suyun ətrafa axmasının qarşısı alınıb və ərazidə təhlükəsizlik tədbirləri görülüb. Xatırladaq ki, ötən gün şəhərin Heydər Əliyev prospektində su nəql edən 225 mm-lik boruda qəza baş verib və boru deşilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər