Cəmiyyət

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

18 Sep 2026, 19:26 3 baxış
Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Azərbaycan QHT-ləri ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri ilə əlaqədar Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yayıb.


Axar.az bəyanatı təqdim edir:


“Biz – Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun işğaldan azad edilmiş Qarabağa və Şərqi Zəngəzura sonuncu səfərinə Ermənistanın müxtəlif dairələrinin verdiyi reaksiyanı qəti şəkildə pisləyirik!


Bu reaksiya mahiyyət etibarilə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qəsd, Azərbaycanın daxili işlərinə müdaxilə və açıq-aşkar irridentizm cəhdidir. Ermənistanda bir mərkəzdən idarə edilən bu davranışlar Azərbaycan-Ermənistan sülh gündəliyinə ciddi zərbə vurmaqla, iki ölkə arasında davam edən normallaşma prosesini axsatmağa hesablanmış açıq təxribatdır. Erməni xalqının sülhə hazır olmadığı aşkara çıxdı. “Real Ermənistan” hekayəti iflasa uğrayır.


Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, o cümlədən Qafqaz Albaniyasının zəngin irsinin danılması siyasətinə son qoyulmalıdır. Ermənistanın baş naziri Gəncəsər məbədinin erməni mənşəyini “sübut etmək” üçün Matenadaran institutunun rəyinə istinad edir. Qəribədir, Matenadaran institutuna başqa bir ölkənin suveren ərazisindəki abidənin mənşəyini təyin etmək hüququnu kim verib? Bu suala cavab verin, cənablar! Yalançı tarixdən, milli müstəsnalıq mərəzindən, düşmənçilikdən yorulmadınızmı? 2023-cü ilin sentyabrında özünü buraxdığını elan etmiş keçmiş qondarma rejimin tör-töküntüləri niyə yenidən peyda olaraq müxtəlif diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara sərsəm məktublar ünvanlamağa başlayıb?


Azərbaycan xalqına qarşı etnik nifrəti dövlət siyasəti halına gətirmiş, Qarabağ və Şərqi Zəngəzuru 30 il işğal altında saxlamış, Xocalı soyqırımını törətmiş, tarixi-mədəni irsimizi dağıtmış Ermənistanın ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri qəbuledilməzdir!


Biz Ermənistan ərazisində Azərbaycan xalqının talan edilmiş, saxtalaşdırılmış mədəni və dini irsini də unutmamışıq. Sərdar sarayının, qəbiristanlıqlarımızın yerlə-yeksan edilməsini, Dədə Ələsgərin məzarının dağıdılmasını, Göy məscidin təhrif edilməsini unutmamışıq!


Ermənistan hökuməti əgər doğrudan da Azərbaycanla sülh gündəliyinə sadiqdirsə, bu isteriyaya, düşmənçiliyə son qoymalı, hələ də fəaliyyətinə şərait yaratdığı, Azərbaycana qarşı irridentist ideyaları təbliğ edən şəxsləri və təşkilatları məsuliyyətə cəlb etməlidir.


Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri olaraq qəti əminik ki, Azərbaycan dövləti Ermənistan və onun havadarları tərəfindən ölkəmizi hədəf alan bu cür əməllərin qarşısı qətiyyətlə alınacaq!


İmzalar:


1. Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyəti


2. Hacı Abdulla – “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi


3. Xətai Ələsgərov – “Dədə Ələsgər Ocağı" İctimai Birliyi


4. Oğuz Məmmədov – "Zəngi - Tarixi İrsin Öyrənilməsi" İctimai Birliyi


5. Fuad Məmmədov – “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası


6. Zaur Məmmədov – “Bakı Politoloqlar Klubu” İctimai Birliyi


7. Dilqəm Əhməd – "Çapar" Milli İrsin Tədqiqi Mərkəzi İctimai Birliyi


8. Tural Gəncəliyev – "Qarabağa Dönüş" İctimai Birliyi


9. Tənzilə Rüstəmxanlı – Azəri-Türk Qadınlar Birliyi


10. Əliməmməd Nuriyev – Konstitusiya Araşdırmalar Fondu


11. Könül Behbudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyi


12. Şəbnəm Səfərova – “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyi


13. Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondu


14. Səltənət Qocamanlı – “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyi


15. Novella Cəfərova – “D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” İctimai Birliyi


16. Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyi


17. Aqil Camal – "Ortaq Dəyərlər" İctimai Birliyi


18. Hafiz Səfixanov – "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi


19. Rey Qasımov – “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyi


20. Əmir Əliyev – “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyi


21. Müşviq Ələsgərli – "Mediada İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyi


22. Xatirə Vəliyeva – “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi


23. Sevinc Əlizadə – “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi


24. Zaur İbrahimli – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi


25. Şəlalə Həsənova – İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyi


26. Ayaz Mirzəyev – “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi


27. Şəhla Nağıyeva – "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi


28. Cəsarət Hüseynzadə – "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyi


29. Vüsalə Hüseynli – "İslahatçı qadınlar və innovasiyalar" İctimai Birliyi


30. Əhməd Abbasbəyli – "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı Mərkəzi" İctimai Birliyi


31. Fuad Abbasov – “Misra” İnformasiya Mübadiləsi və Təşəbbüsləri İctimai Birliyi


32. Fuad Hüseynzadə – "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" İctimai Birliyi


33. Anar Xəlilov – "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyi


34. Xalid Kazımov – "Regional İnsan Hüquqları və Media Mərkəzi" İctimai Birliyi


35. Elşad Məmmədli – "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyi


36. Kəmalə Ağazadə – "Azərbaycan Uşaqları" İctimai Birliyi


37. Əfsələddin Ağalarov – "Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım" İctimai Birliyi


38. Yadigar Məmmədli – "Azərbaycan Demokratik Jurnalistlər Liqası" İctimai Birliyi


39. Fariz Xəlilli – "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi


40. Mübariz Əsgərov – “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi


41. Tünzalə Abdullalimova – "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi


42. Ceyran Həsənova – "Şəhid Analarına Dəstək" İctimai Birliyi


43. Vüqar Qədirov – "Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" İctimai Birliyi


44. İradə Rzazadə – “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi


45. Kəramət İsmayılov – "İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyi


46. Fikrət Yusifov – “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi


47. İlqar Hüseynli – "Sosial-strateji tədqiqatlar və analitik araşdırmalar" İctimai Birliyi


48. Varis Yolçiyev – Azərbaycan Ədəbiyyat Fondu


49. Səməd Vəkilov – "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyi


50. Elşad Eyvazov – Tərəfsiz Jurnalistlər İctimai Birliyi


51. Fəridə Mirişova – “İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi


52. Lalə Sərdarlı – “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyi”.

Mənbə axar.az

Oxşar Xəbərlər