Cəmiyyət

Bakı və Sumqayıtda yaşıllıqlara 40 min ziyan vuruldu

18 Sep 2026, 18:24 1 baxış
Bakı və Sumqayıtda yaşıllıqlara 40 min ziyan vuruldu

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərlərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.


Bu barədə Axar.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.


Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri, Nizami rayonu Kamil Balakişiyev, Mehdi Abbasov və Nəsimi küçələrinin kəsişməsində, eləcə də Sumqayıt şəhəri 4-cü məhəllə ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 39 480 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.


Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Mənbə axar.az

Oxşar Xəbərlər