Dünya
Makronun həyat yoldaşını kişi adlandıran jurnalist Nataşa Rey öldü - Foto
Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun cinsiyyəti ilə bağlı araşdırma aparan jurnalist Nataşa Rey dünyasını dəyişib. Fransız qadın sentyabrın 13-də onkoloji xəstəlik səbəbindən vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Ksavye Pussar "X" sosial şəbəkəsində məlumat yayıb.
Qeyd edək ki, 2021-ci ildə Rey müstəqil şəkildə apardığı araşdırmada Bricit Makronun transgender olduğunu iddia etmişdi. Onun iddiasına görə, birinci xanım cinsiyyətini dəyişməzdən əvvəl kişi olub. 2022-ci ildə Fransa liderinin həyat yoldaşı böhtan iddiası ilə ona qarşı məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi jurnalisti təqsirli bilərək 500 avro cərimə olunmasına, həmçinin Bricit Makrona 8 min avro, onun qardaşı Jan-Mişel Tronyeyə isə 5 min avro məbləğində mənəvi təzminat ödəməsinə qərar verib. 2025-ci ilin iyul ayında isə Apellyasiya Məhkəməsi Reyə bəraət qazandırıb.

Mənbə
oxu.az