Kriminal

Qubada ağır qəza: Beş nəfər xəstəxanaya yerləşdirildi - Foto

18 Sep 2026, 17:48 2 baxış
Qubada ağır qəza: Beş nəfər xəstəxanaya yerləşdirildi - Foto
Quba ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfərin (2 kişi, 3 qadın) vəziyyəti orta ağırdır. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. Yaralılar 18.09.2026-cı il tarixində saat 15:30-da Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentlərin vəziyyətləri orta ağır qiymətləndirilir. Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 15 radələrində Quba rayonunun Mirzəqışlaq kəndi ərazisində qeydə alınıb. Kənd ərazisində VAZ-2106 avtomobili idarəetmədən çıxaraq qarşıdan gələn digər VAZ-2106 avtomobili ilə toqquşub. Hadisə nəticəsində beş nəfər müxtəlif dərəcəli xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Qubada ağır qəza: Beş nəfər xəstəxanaya yerləşdirildi - Foto Qubada ağır qəza: Beş nəfər xəstəxanaya yerləşdirildi - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər