Sadıqova 21 minlik stəkan alan rəisin məhkəməsi başladı
Müdafiə Nazirliyinin xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən İşlər İdarəsinin sabiq rəisi polkovnik Elnur Süleymanov, Emin Əliyev, Məsud İbrahimov, Pərviz Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxışa verilməsi barədə qərar qəbul edilib.
Məhkəmənin baxış iclası oktyabrın 2-nə təyin edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, hazırda ittiham olunan keçmiş idarə rəisi Elnur Süleymanov Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqovun xərcləri ilə bağlı məhkəməyə göndərdiyi hesabatla gündəmə gəlmişdi. O, hesabatında yazmışdı ki, N.Sadıkova 6 dəst armudu stəkanın alınması üçün 21 min manat pul xərclənib.
Bundan əlavə, ona hər birinin qiyməti 100 manat olmaqla 80 çaxır alınıb ki, bu da ümumilikdə 8 min manat təşkil edib.