İdman

Misli Premyer Liqasında VI tura start verilir: "Neftçi" 1000-ci oyununa çıxır

18 Sep 2026, 09:00 25 baxış
Misli Premyer Liqasında VI tura start verilir: "Neftçi" 1000-ci oyununa çıxır
Misli Premyer Liqasında VI turun oyunlarına bu gün start veriləcək. Oxu.Az xəbər verir ki, turun ilk qarşılaşmasında "Qəbələ" doğma meydanda "Neftçi"ni qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 17:30-da başlayacaq. Bu, "Neftçi"nin Azərbaycan çempionatları tarixində 1000-ci oyunu olacaq. Günün digər oyununda isə "Qarabağ" "Şəfa" ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 19:45-də start götürəcək. Misli Premyer Liqası VI tur 18 sentyabr 17:30. "Qəbələ" - "Neftçi"; 19:45. "Qarabağ" - "Şəfa".
Mənbə oxu.az

Oxşar Xəbərlər