Dünya

Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı SƏRT QƏRAR verildi

29 Sep 2026, 22:00 3 baxış
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı SƏRT QƏRAR verildi
Türkiyəli müğənni Mustafa Sandalın ailəsinin adının hallandığı maliyyə fondları ilə bağlı istintaq üzrə yeni qərar qəbul edilib. Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir. İstanbul Respublika Baş Prokurorluğu tərəfindən sərmayə bazarlarında həyata keçirilən əməliyyatlarla bağlı aparılan istintaq davam edir. İstintaq çərçivəsində daha əvvəl çoxsaylı şəxs, şirkət və fondla bağlı maliyyə məhdudlaşdırıcı tədbirlər tətbiq olunmuşdu. Həmin siyahıda müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup Sandalın da adı yer alırdı. Məlumata görə, ifaçının həyat yoldaşı Melis Sütşurup Sandal və qayınatası Cihan Sütşurupun əmlakları müsadirə olunub və barələrində saxlanılma qərarı çıxarılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər