Kriminal

Beyləqanda yanğın: Bir neçə qəsəbədə işıq kəsildi

29 Sep 2026, 21:33 3 baxış
Beyləqanda yanğın: Bir neçə qəsəbədə işıq kəsildi

Beyləqan rayonunda elektrik yarımstansiyasında yanğın baş verib.


Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Daşburun qəsəbəsində qeydə alınıb.


Güclü yanğın səbəbindən bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişi dayanıb.


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin briqadaları, xüsusi texnika və canlı qüvvə cəlb olunub.


Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Yanğının başvermə səbəbləri araşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər