İdman
"Çelsi"dən "Arsenal"ın futbolçusu üçün 70 milyonluq həmlə - FOTO
"Arsenal"ın ispaniyalı yarımmüdafiəçisi Martin Subimendinin qış transfer pəncərəsində "Çelsi"yə keçə biləcəyi iddia olunur. Oxu.Az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, London klubu 27 yaşlı futbolçu üçün 70 milyon avroluq təklif hazırlayır. Bildirilir ki, "Çelsi"nin baş məşqçisi Xabi Alonso Subimendinin transferində israrlıdır və ispaniyalı yarımmüdafiəçinin keçidə razılıq verdiyi qeyd olunur. Qeyd edək ki, Martin Subimendinin "Arsenal"la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
Mənbə
oxu.az