Şou biznes

Müğənni JONY adını və soyadını dəyişdi - FOTO

17 Sep 2026, 21:32 4 baxış
Müğənni JONY adını və soyadını dəyişdi - FOTO
Milyonlarla dinləyicinin "Kamin" və "Kometa" hitləri ilə tanıdığı azərbaycanəsilli məşhur rusiyalı müğənni JONY pasport məlumatlarını dəyişib. Oxu.Az Kp.ru-ya istinadən xəbər verir ki, sənəddə Cahid Əfrayıl əvəzinə artıq Massimo Torriçelli yazılıb. Sənətçi Rusiya vətəndaşının xarici pasportunun skan olunmuş fotosunu sosial şəbəkələrdə paylaşıb, lakin bu qərarını heç bir şəkildə izah etməyib.
Xatırladaq ki, sənətçinin əsl adı Cahid Əfrayıl oğlu Hüseynlidir. Onun 30 yaşı var və Azərbaycanda anadan olub. Bununla belə, JONY dörd yaşından Rusiyada yaşayır. O, 2021-ci ildə NTV telekanalında yayımlanan "Maska" şousunun ikinci mövsümünün qalibi olub.
Müğənni JONY adını və soyadını dəyişdi - FOTO Müğənni JONY adını və soyadını dəyişdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər