Cəmiyyət
Cəlilabadda əhalinin su ilə təminatında müvəqqəti fasilə yaranacaq
Cəlilabad rayonunda əhalinin su ilə təminatında müvəqqəti fasilə yaranacaq. Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu barədə rayon icra hakimiyyətindən məlumat verilib. Bildirilib ki, bu gün saat 17 radələrində Cəlilabad şəhərinin Heydər Əliyev prospektində su nəql edən 225 millimetrlik boruda qəza baş verib və boru deşilib. Hadisə ilə əlaqədar Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin və Yolların Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb olunublar. Onlar suyun ətrafa axmasının qarşısını alıb və hadisə yerində mühafizə tədbirləri həyata keçiriblər. Hazırda qəzanın aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır. İşlər başa çatanadək əhalinin su ilə təminatında müvəqqəti fasilə yaranacaq. Cəlilabad rayonunda içməli su xəttində qəza baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Cəlilabad-Uzuntəpə yolunun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində su yolun hərəkət hissəsinə axıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.
Mənbə
oxu.az