Cəmiyyət

Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO

17 Sep 2026, 20:44 3 baxış
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Yevlax sakini, 91 yaşlı Qərənfil Məmmədovanın faciəli ölümünün səbəbi məlum olub. Oxu.Az Baku TV-yə istinadla xəbər verir ki, qadın yaşadığı mənzilin pəncərəsindən paltar yığan zaman ayağının altından stul qaçıb və o, aşağı yıxılıb. Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sentyabrın 16-da 12:40-da hündürlükdən yıxılma səbəbi ilə 1935-ci il təvəllüdlü şəxs xəstəxananın təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub. Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı sınıqları və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Aparılan zəruri tədbirlərə baxmayaraq saat 14:00-da bioloji ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, Q.Məmmədova birinci Qarabağ müharibəsi şəhidi Yunis Mamedovun həyat yoldaşıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər