Cəmiyyət
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
PKK terror təşkilatının lideri Abdullah Öcalan Silahsızlanma və Strateji Koordinasiya Alt Komitəsində çalışacaq.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum jurnalistlərə açıqlamasında deyib.
O, İmralıdakı həbsxanaya bağlı yaşayış yerinin əlavə bölmə kimi tikildiyini vurğulayaraq, bunun Öcalanın prosesdəki rolunu yerinə yetirməsi üçün yaradılan imkan olduğunu qeyd edib.
Uçum bunun "O, azadlığa buraxıldı" kimi şərh edilməsinin doğru olmadığını bildirib:
"Bu, Öcalanla aparılan dialoq prosesidir. Məqsəd terror təşkilatının məhv edilməsini təmin etməkdir".
Mənbə
axar.az