Digər

Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi

17 Sep 2026, 19:00 3 baxış
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi

İrlandiya 2027-ci ildə "Avroviziya" musiqi müsabiqəsində iştirak etməyəcək və İsrailin iştirakına görə onu yayımlamayacaq.


Axar.az xəbər verir ki, bu barədə İrlandiyanın ictimai yayım şirkəti RTE məlumat yayıb.


"RTE "Avroviziya-2027"də iştirak etməyəcək və onun yayımından imtina edəcək", - bəyanatında qeyd olunub.


Şirkət nümayəndələri izah ediblər ki, bu qərar Qəzza zolağında davam edən humanitar böhranla əlaqədardır.

Mənbə axar.az

Oxşar Xəbərlər