Siyasət

Rövşən Nəcəf Özbəkistanın nazirləri ilə görüşdü: Hansı layihələr müzakirə olundu? - FOTO

17 Sep 2026, 19:26 2 baxış
Rövşən Nəcəf Özbəkistanın nazirləri ilə görüşdü: Hansı layihələr müzakirə olundu? - FOTO
Sentyabrın 17-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və energetika naziri Şerzod Xocayev ilə görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin siyasi iradəsi nəticəsində iki ölkə arasında münasibətlərin "Əbədi dostluq" səviyyəsinə yüksəldiyi qeyd olunub. Bu xüsusda, Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələrin, o cümlədən enerji sahəsində tərəfdaşlığın dinamik inkişaf etdiyi bildirilib. Söhbət zamanı Özbəkistanda SOCAR brendi altında yeni yanacaqdoldurma məntəqələrinin tikintisi layihəsi, həmçinin "Üstyurt" investisiya blokları üzrə görülən işlər nəzərdən keçirilib. Bu layihələrin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb. Görüşdə SOCAR-la Özbəkistan şirkətləri arasında əlaqələrin genişləndirilməsi, birgə investisiya layihələrinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
{{gallery}}
Rövşən Nəcəf Özbəkistanın nazirləri ilə görüşdü: Hansı layihələr müzakirə olundu? - FOTO Rövşən Nəcəf Özbəkistanın nazirləri ilə görüşdü: Hansı layihələr müzakirə olundu? - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər