Digər

AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər - FOTO

17 Sep 2026, 18:34 1 baxış
AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər - FOTO
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) "AHİK könüllüləri" layihəsinin iştirakçıları Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında olublar. AHİK könüllüləri kitabxananın zəngin informasiya-biblioqrafiya fondu, nadir nəşr nümunələri, müasir standartlara cavab verən elektron resursları və müxtəlif mövzuları əhatə edən xüsusi kolleksiyaları ilə maraqlanıblar. Kitabxana əməkdaşları gənclərə müəssisənin tarixi, oxu zallarının fəaliyyəti, eləcə də dövlətçilik tariximizi əks etdirən nəşrlər barədə ətraflı məlumat veriblər. Ziyarət çərçivəsində AHİK könüllüləri Prezident Kitabxanasının rəsmi oxucuları sırasına daxil ediliblər. Bu təşəbbüs gənclərin şəxsi və peşəkar inkişafına, elmi-tədqiqat prosesinə cəlb olunmasına, eləcə də gələcək fəaliyyətlərində etibarlı informasiya mənbələrindən səmərəli istifadə imkanlarının genişləndirilməsinə xidmət edir.
{{gallery}}
AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər - FOTO AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər - FOTO AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər