Dünya

ABŞ-də Ayın ətrafında mümkün hərbi əməliyyatlara hazırlaşmaq çağırışı edilib

17 Sep 2026, 18:10 1 baxış
ABŞ-də Ayın ətrafında mümkün hərbi əməliyyatlara hazırlaşmaq çağırışı edilib
Amerika Birləşmiş Ştatlarının ordusu təkcə Yer orbitində yox, eyni zamanda, Ayın ətrafındakı fəzada da baş verə biləcək hərbi əməliyyatlara hazır olmalıdır. Oxu.Az-ın "Associated Press" agentliyinə istinadən verdiyi məlumatına görə, bu barədə prezident Donald Trampın baş hərbi məsləhətçisi olan general Den Keyn bəyanatla çıxış edib. General Keyn aviasiya, kosmos və kibertəhlükəsizlik mövzusuna həsr olunmuş konfransda qeyd edib ki, ABŞ "dəniz dibindən tutmuş Ayətrafı fəzaya qədər döyüşməyə, dözüm nümayiş etdirməyə və qələbə qazanmağa hazır olmaq" üçün indidən uyğunlaşma tədbirləri görməlidir. "Bəşəriyyət kosmosun daha dərinliklərinə doğru addımlayır. Kosmik Qüvvələrin əsas missiyası da Birləşmiş Ştatların maraqlarını müdafiə etməyə hazırlıq işlərinə dəstək verməkdir", - deyə Kosmik Qüvvələr Komandanlığının rəhbəri, general-leytenant Qreqori Qanyon vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər