Dünya

Kanada Şimali Avropa ölkələrinin Birgə Ekspedisiya Qüvvələrinə qoşulur

17 Sep 2026, 18:25 1 baxış
Kanada Şimali Avropa ölkələrinin Birgə Ekspedisiya Qüvvələrinə qoşulur
Kanada Şimali Avropa ölkələrinin daxil olduğu Birgə Ekspedisiya Qüvvələrinə (JEF) qoşulmaq üçün rəsmi ərizə təqdim edib. Oxu.Az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karninin Ofisi onun Liverpulda britaniyalı həmkarı Endi Börnhemlə apardığı danışıqların yekunlarına əsasən məlumat yayıb. "Tərəflər hər iki dövlət arasında müdafiə və təhlükəsizlik sahələrində dərinləşən və inkişaf edən tərəfdaşlığı vurğulayaraq, bu istiqamətdə səylərin artırılması imkanlarını müzakirə ediblər. Bununla əlaqədar olaraq, Baş nazir Karni Kanadanın Birgə Ekspedisiya Qüvvələrinə üzv olmaq üçün rəsmi müraciət verdiyini elan edib. O, Kanadanın bu mühüm təşəbbüsdə iştirakına Birləşmiş Krallıq tərəfindən verilən dəstəyi müsbət qiymətləndirib", - deyə məlumatdan bildirilib. Məlumata görə, hökumət başçıları Böyük Britaniya, İtaliya və Yaponiyanın birgə həyata keçirdiyi altıncı nəsil görünməz qırıcı-bombardmançı təyyarə proqramı çərçivəsində hərbi-sənaye əməkdaşlığı perspektivlərini də nəzərdən keçiriblər. Qeyd edək ki, rəsmi Ottava bu layihəyə iyul ayında müşahidəçi qismində daxil olub. Karni və Börnhem Kanada ilə Böyük Britaniya arasında iqtisadi əlaqələrin gücləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayaraq, süni intellekt sahəsindəki kəşflər də daxil olmaqla, qabaqcıl texnologiyalar üzrə qarşılıqlı fəaliyyəti inkişaf etdirmək barədə razılığa gəliblər. 2014-cü ildə təsis edilmiş JEF özündə 10 dövləti birləşdirir: Böyük Britaniya, Danimarka, İslandiya, Latviya, Litva, Niderland, Norveç, Finlandiya, İsveç və Estoniya. İştirakçı ölkələr mütəmadi olaraq müştərək hərbi təlimlər təşkil edirlər. Bildirilir ki, əsas məqsəd Şimali Avropa ölkələrinin silahlı qüvvələrinin böhran vəziyyətlərinə çevik reaksiya vermək imkanlarını təkmilləşdirməkdir. Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin komandanı Qvin Cenkins avqustun sonlarında belə bir ehtimal irəli sürüb ki, rəsmi Londonun komandanlığı altında fəaliyyət göstərən bu qüvvələr qeyd olunan ölkələr üçün faktiki olaraq NATO-nu əvəz edə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər