Dünya
Ayla bağlı yeni kəşf: Alimləri təəccübləndirən an - FOTO
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi 2024-cü ildə yaranan və diametri 222 metr olan yeni krater kəşf edib. Oxu.Az xəbər verir ki, bu bu barədə ABŞ aerokosmik agentliyi məlumat yayıb. Bildirilib ki, "Science Advances" elmi jurnalının mütəxəssisləri bu tapıntını Günəş sistemində indiyədək aşkar edilmiş ən böyük müasir zərbə krateri adlandırıblar. "2025-ci ilin payızında "Lunar Reconnaissance Orbiter" peykinin super genişbucaqlı obyektivi vasitəsilə əldə edilən təsvirlərin standart müqayisəsi zamanı 2024-cü ilin yazında yaranmış 222 metrlik yeni krater üzə çıxıb. Bu, Günəş sistemində tapılan ən iri müasir zərbə krateridir və mövcud modellərə əsasən, belə bir hadisə 132 ildən bir baş verir", - deyə məqalədə qeyd olunub. Jurnalın məlumatına görə, peykin dar bucaqlı kamerası vasitəsilə sonradan aparılan çəkilişlər kraterin geoloji xüsusiyyətlərini müəyyən etməyə imkan verib. Həmçinin, kraterlərin quruluşu ilə bağlı modellərin məlumatları yenilənib və zərbənin ətraf səthə göstərdiyi təsir sənədləşdirilib. Son hesablamalara əsasən, Ayın səthində diametri 1 kilometrdən 20 kilometrə qədər olan təxminən 5 min, 10 metrdən 1 kilometrədək olan təqribən 1 milyon krater mövcuddur. Eni 10 metrdən az olan kraterlərin sayı isə 1 milyard civarındadır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az