Dünya
Sakit okeanda üzən gəmi dəqiq zərbə ilə məhv edildi - VİDEO
ABŞ hərbçiləri Sakit okeanın şərqində Ekvador narkokartelinə məxsus olduğu iddia edilən daha bir gəmini zərərsizləşdiriblər. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) məlumat yayıb.
Bildirilib ki, bu gəminin qəddar "Los-Çoneros" narkoterror təşkilatı ilə əlaqəli olduğu kəşfiyyat məlumatları əsasında təsdiq olunub. "Gəmidə olan şəxslər Ekvador rəsmilərinə təhvil verilib. Gəmidə yoxlanış aparıldıqdan və heyət oranı tərk etdikdən sonra ABŞ hərbçiləri onu batırıblar", - deyə komandanlığın "X" platformasındakı paylaşımında qeyd olunub. Bildirilir ki, Sakit okeanın şərq hissəsində yerləşən bu gəmidən narkotiklərin qaçaqmalçılığı zamanı üzən yanacaqdoldurma məntəqəsi kimi istifadə edilib. ABŞ-nin iddialarına görə, 2026-cı ilin avqust ayının sonundan etibarən ABŞ hərbçiləri "Los-Çoneros" üçün üzən yanacaqdoldurma məntəqəsi rolunu oynayan ən azı beş gəmini batırıblar.

Mənbə
oxu.az
Oxşar Xəbərlər