Dünya

Şimali Koreya ABŞ-ni nüvə müharibəsi üçün potensialını artırmaqda ittiham etdi

17 Sep 2026, 12:25 4 baxış
Şimali Koreya ABŞ-ni nüvə müharibəsi üçün potensialını artırmaqda ittiham etdi
"ABŞ öz müttəfiqləri ilə birlikdə nüvə müharibəsi üçün potensialını mütəmadi olaraq genişləndirir". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın müdafiə nazirinin müavini Kim Qan İl məlumat verib. "Koreya yarımadasındakı vəziyyətin ziddiyyət və gərginlik burulğanından çıxa bilməməsinin əsas səbəbi ABŞ və onun tərəfdarlarının düşünülməmiş siyasi və hərbi təxribatlarıdır. Onlar 80 ildir ki, Şimali Koreyaya qarşı davamlı olaraq düşmənçilik siyasəti yürüdür və nüvə müharibəsi imkanlarını mərhələli şəkildə artırırlar", - nazir müavini çıxışı zamanı qeyd edib. Koreya rəsmisinin sözlərinə görə, Birləşmiş Ştatlar və müttəfiqlərinin nüvə gücünü artırmağa yönəlmiş bu cür hərəkətləri ölkəsinə etibarlı nüvə qalxanı formalaşdırmaq üçün kifayət qədər əsas verir: "Bizim nüvə strategiyamız həm mövcud, həm də gələcəkdə yarana biləcək milli təhlükəsizlik təhdidlərinin dəqiq təhlilinə əsaslanaraq qəbul edilib".
Mənbə oxu.az

Oxşar Xəbərlər