İdman

Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırılıb

17 Sep 2026, 12:58 3 baxış
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırılıb
Bu yay "Qarabağ"dan Şotlandiyanın "Seltik" klubuna transfer olunan Kamilo Duran ilk dəfə Kolumbiya millisinin düşərgəsinə çağırılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Seltik"in baş məşqçisi Martin O'Nil mətbuat konfransında məlumat verib. İrlandiyalı mütəxəssis Duranın son məşqdə iştirak etməməsinə də aydınlıq gətirib. O bildirib ki, futbolçu milli komandaya çağırışla bağlı viza məsələsini həll etmək üçün Londona getməli olub. Qeyd edək ki, Duran "Seltik"də keçirdiyi ilk 10 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər