Dünya
Radarlardan itən təyyarənin qalıqları tapıldı: Qəzadan sağ çıxan olmadı - FOTO - VİDEO
Kolumbiyada Çoko departamentinin Kondoto şəhərindən Boqotadakı Quayamaral hava limanına uçarkən qəzaya uğrayan "Cessna T206" markalı təyyarənin qalıqları aşkar edilib. Oxu.Az xəbər verir ki, bu barədə ölkə prezidenti Abelardo de la Esprielya "X" sosial şəbəkəsində məlumat yayıb. O bildirib ki, hava gəmisində olan beş nəfərin hamısı həyatını itirib.
"Təəssüf ki, rəsmilər göyərtədəki hər kəsin ölü tapıldığını təsdiqləyiblər", - deyə o qeyd edib. Qeydiyyat nömrəsi HK-4985 olan hava gəmisi sentyabrın 13-ü səhər saatlarında Boqota istiqamətində hərəkət edərkən radarlardan itib. Təyyarə ilə sonuncu əlaqə Çoko və Risaralda departamentlərinin sərhədində yerləşən dağlıq-meşəlik ərazidə qeydə alınıb. Daha sonra axtarış qrupları Tatama Milli Təbiət Parkı yaxınlığında qəzanın baş verdiyi ehtimal olunan ərazini tapıblar. Təyyarə gedişi çətin olan dağlıq zonada yerləşdiyindən, mürəkkəb relyef və hava şəraiti axtarış-xilasetmə əməliyyatlarını çətinləşdirib. Xilasedicilərin hadisə yerinə çatdırılması üçün helikopterlərdən istifadə olunub.
{{gallery}}

Mənbə
oxu.az