İdman
Ronaldu "Ən-Nəsr"dən gedir
"Qızıl top"un beşqat sahibi, portuqaliyalı futbolçu Kriştianu Ronaldu gələn qış Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunu tərk edəcək. Oxu.Az bildirir ki, bu barədə "Dailysports" portalı jurnalist Səud Əs-Saramiyə istinadən xəbər verir. Daha əvvəl "DAZN Portugal" telekanalı Ronaldunun "Ən-Nəsr" klubunu satın ala biləcəyi barədə məlumat yaymışdı. Futbolçu 2022-ci ilin dekabrından "Ən-Nəsr"də çıxış edir. Hücumçu karyerası ərzində Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Yuventus" və İspaniyanın "Real Madrid" klublarında da oynayıb.
Mənbə
oxu.az