İdman

Bəhlul yenə əməliyyat olundu - Nə vaxt yaşıl meydana çıxacaq?

16 Sep 2026, 19:30 29 baxış
Bəhlul yenə əməliyyat olundu - Nə vaxt yaşıl meydana çıxacaq?
"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə yenidən əməliyyat olunub. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Qarabağ"ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 29 yaşlı futbolçu əməliyyat olunub və 4 həftə sonra bərpa prosesinə başlayacaq. Xatırladaq ki, müdafiəçi UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Nyukasl"a qarşı keçirilən matçda zədə almışdı. Sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranan problemlə əlaqədar olaraq oyunçu bir müddət əvvəl cərrahi müdaxiləyə məruz qalmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər