Dünya

Patrisio Qusman vəfat etdi

16 Sep 2026, 16:30 5 baxış
Patrisio Qusman vəfat etdi
Məşhur çilili sənədli film rejissoru Patrisio Qusman 85 yaşında Parisdə dünyasını dəyişib. Oxu.Az xəbər verir ki, bu barədə BMF məlumat yayıb. Bildirilib ki, o, ömrünün böyük bir qismini vətəninin tarixinə həsr edərək siyasi böhranlar, hərbi çevriliş, diktatura rejimi və ölkə tarixinin dəyişdirdiyi insan taleləri barədə filmlər çəkib. Qusman 1941-ci il avqustun 11-də Santyaqoda anadan olub. O, 1970-ci illərin əvvəllərindəki siyasi böhran dövründə lentə aldığı "Çili uğrunda döyüş" sənədli trilogiyası ilə dünya miqyasında şöhrət qazanıb. Hadisələrin tam mərkəzində olan rejissorun kamerası prezident Salvador Alyende dövründəki həyatı, artan siyasi gərginliyi, kütləvi etirazları və 11 sentyabr 1973-cü il hərbi çevrilişini qeydə alıb. General Avqusto Pinoçet hakimiyyətə gəldikdən sonra Qusmanın çəkiliş qrupu, eləcə də onun özü həbs ediliblər. Azadlığa çıxdıqdan sonra Patrisio lentə aldığı materialları da götürərək Çilini tərk edib. Peşəkar fəaliyyəti ərzində Qusman bir çox beynəlxalq mükafatlara layiq görülüb. Xüsusilə, "Sədəf düymə" filmi ona ən yaxşı ssenariyə görə Berlin Kino Festivalının "Gümüş ayı" mükafatını qazandırıb. Rejissor həyatının son illərində belə ölkəsinin müasir tarixinə müraciət etməyə davam edirdi. Onun 2022-ci ildə ekranlara çıxan "Mənim xəyali ölkəm" adlı filmi 2019-cu ildə Çilidə baş verən kütləvi etiraz aksiyalarına həsr olunmuşdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər