Dünya

Donald Tramp ona qarşı edilən sui-qəsddə Bayden administrasiyasını günahlandırdı - FOTO

16 Sep 2026, 16:45 5 baxış
Donald Tramp ona qarşı edilən sui-qəsddə Bayden administrasiyasını günahlandırdı - FOTO
ABŞ Prezidenti Donald Tramp sentyabrın 15-də Pensilvaniya ştatında ona qarşı 2024-cü ildə həyata keçirilən sui-qəsd cəhdi barədə yeni faktlar əldə etdiyini açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə D.Tramp özünün "Truth Social" səhifəsində yazıb.
ABŞ liderinin sözlərinə görə, sabiq Ağ Ev rəhbəri Co Baydenin administrasiyası dövründə Federal Təhqiqatlar Bürosu (FTB) qəsdən üzərinə düşən vəzifəni icra etməyib. O bildirib ki, FTB-nin keçmiş direktoru Kristofer Rey sui-qəsd cəhdinin araşdırılması ilə bağlı məsələyə görə "məsuliyyətə cəlb edilməlidir". "Yeni məlumatlar indicə tapılıb! Niyə bunlar əvvəllər görünmürdü? Bütün bunlar məni seçki prosesindən uzaqlaşdırmaq məqsədi daşıyan, lakin uğursuzluğa düçar olan demokratların bir planı idi", - deyə Tramp "Truth Social" səhifəsində yazıb. ABŞ lideri qeyd edib ki, inaqurasiya mərasiminə qədər olan dövrdə məlumatların böyük bir hissəsi "itib, dəyişdirilib, təhrif olunub və ya yoxa çıxıb". Xatırladaq ki, 2024-cü il iyulun 13-də Pensilvaniyada keçirilən mitinqdə prezidentliyə namizədin çıxışı zamanı atəş səsi eşidilib və Tramp sağ qulağından yaralanıb. Mühafizəçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal siyasətçini qoruyaraq onu kürsüdən uzaqlaşdırıblar. Atəş açan şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğu müəyyənləşib və o, ABŞ xüsusi xidmət orqanları tərəfindən məhv edilib. Daha sonra hücumçunun evində partlayıcı maddə hazırlamaq üçün ləvazimatlar tapılıb. Trampa qarşı sui-qəsd zamanı bir nəfər həlak olub, iki nəfər isə ağır yaralanıb. Trampa qarşı ikinci sui-qəsd cəhdi 2024-cü il sentyabrın 15-də Floridadakı qolf klubunun yaxınlığında qeydə alınıb. 2026-cı il aprelin 25-də isə Kaliforniyadan olan 31 yaşlı Koul Allen ABŞ Prezidenti Donald Trampın "Washington Hilton" otelindəki görüşündə atəş açıb. Tədbir dərhal dayandırılıb və xüsusi xidmət orqanlarının əməkdaşları prezidenti təxliyə ediblər. Hadisə nəticəsində bir xüsusi xidmət agenti xəsarət alıb. Atəş açan Allen isə həbs olunub.
Donald Tramp ona qarşı edilən sui-qəsddə Bayden administrasiyasını günahlandırdı - FOTO Donald Tramp ona qarşı edilən sui-qəsddə Bayden administrasiyasını günahlandırdı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər