Kriminal

Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO

16 Sep 2026, 16:46 5 baxış
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. Oxu.Az xəbər verir ki, bu barədə e1.ru məlumat yayıb. Nəşrin mənbəsinin bildirdiyinə görə, 30 yaşlı Tiqran avqustun 7-də saxlanılıb. İlkin məlumatlara əsasən, bu iş üzrə onunla birlikdə 33 yaşlı daha bir şəxsin də adı keçir. Onlar tamah məqsədilə və zor tətbiq etməklə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğunda ittiham olunurlar (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsi). Kamensk-Uralsk şəhərinin Sinarsk Rayon Məhkəməsi istintaqın vəsatəti əsasında hər iki şübhəlini istintaq təcridxanasına göndərib. Xatırladaq ki, Tiqran Çiçakyan 2016-cı ildə quldurluq və qətl ittihamları ilə doqquz il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 16 avqust 2024-cü ildə cəzaçəkmə müəssisəsindən buraxılıb. Son vaxtlar Beloyarsk rayonunda yaşayıb. Tiqranın mühakimə olunduğu qətl hadisəsi böyük səs-küyə səbəb olmuşdu. İstintaqın versiyasına görə, 2015-ci il aprelin 19-da o zaman 18 yaşı olan erməni idmançı Alpinistlər küçəsindəki "U Saşi" kafesində vaxt keçirirmiş. Eyni məkanda futbolçu Emil Hüseynov da dostları ilə birlikdə olub. Gecə saatlarında iki qrup arasında mübahisə yaranıb və kütləvi davaya çevrilib. Bu zaman Tiqran rəqibinin sinəsinə bir neçə bıçaq zərbəsi endirib. Aldığı xəsarətlər nəticəsində azərbaycanlı futbolçu həyatını itirib. Tiqranın qardaşı Andranik Çiçakyan isə həmin insidentdən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Dostlarının sözlərinə görə, dava zamanı onun alın sümüyü sındırılmışdı. Andranik 2017-ci ildə quldurluq və sağlamlığa ağır zərər vurma ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. İki il sonra yenidən quldurluq edərkən yaxalanıb və buna görə üç il müddətinə koloniyaya göndərilib. Tiqran özü azərbaycanlı futbolçunun qətlində günahını heç vaxt etiraf etməyib. Xəbərdə bildirilir ki, Emil Hüseynov Azərbaycanda kifayət qədər tanınmış futbolçu olub. Onun karyerası ərzində "Neftçi", "Karvan" və "Abşeron" klublarının formasını geyindiyi vurğulanır. 2011-ci ildə peşəkar futbolla vidalaşan idmançının qohumunun biznesinə kömək etmək məqsədilə Yekaterinburqa köçdüyü bildirilir.
{{gallery}}
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər