İdman
"Formula-1"in 2027-ci il təqvimi açıqlandı: Bakı yarışı nə vaxt keçiriləcək? - FOTO
"Formula-1" və Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2027-ci il dünya çempionatının təqvimini açıqlayıb. Oxu.Az xəbər verir ki, yeni mövsüm 24 mərhələdən ibarət olacaq. Çempionat martın 12-14-də keçiriləcək Bəhreyn Qran-prisi ilə başlayacaq. Mövsümün son yarışı isə dekabrın 10-12-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutacaq. "Formula-1" Azərbaycan Qran-prisi isə sentyabrın 24-26-da keçiriləcək. Beləliklə, Bakı yarışı 2026-cı ildə olduğu kimi, 2027-ci ildə də sentyabrın son həftəsində təşkil olunacaq. 2027-ci il mövsümündə yarışlar 22 ölkədə keçiriləcək. Təqvimə Portuqaliya və Türkiyə Qran-priləri də qayıdacaq. Növbəti mövsümdə sprint yarışlarının sayı 6-dan 10-a çatdırılacaq. Mövsümün ilk rəsmi mövsümöncəsi testləri isə fevralın 24-27-də Bəhreyndəki Saxir trasında keçiriləcək.
Mənbə
oxu.az