Digər

Mərakeşdə ilk dəfə ölkənin baş naziri qadın oldu

29 Sep 2026, 22:38 4 baxış
Mərakeşdə ilk dəfə ölkənin baş naziri qadın oldu

Mərakeş Kralı VI Məhəmməd 50 yaşlı Fatimə əl-Mənsurini hökumət başçısı təyin edib. O, krallıq tarixində bu vəzifəni tutan ilk qadın olub.


Axar.az xəbər verir ki, bu barədə kral sarayının bəyanatında deyilir.


Təyinatından əvvəl həm də Mərrakeşin meri vəzifəsini tutan Mənsuriyə yeni hökuməti formalaşdırmaq tapşırılıb.


Onun hökumətinin 2030-cu il futbol üzrə dünya çempionatı ilə bağlı layihələrə milyardlarla dollar investisiya yatıracağı, eyni zamanda, inflyasiya ilə mübarizə, əməkhaqqının artırılması və yeni iş yerlərinin yaradılması ilə bağlı vədləri yerinə yetirəcəyi gözlənilir.

Mənbə axar.az

Oxşar Xəbərlər