Siyasət

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var" - FOTO

29 Sep 2026, 22:32 3 baxış
Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var" - FOTO
"İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var". Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevi Tehranda qəbul edərkən deyib. Bu gün Tehranda baş tutan görüşdə İran-Azərbaycan əlaqələrinin inkişafı müzakirə olunub. "Azərbaycanın İran İslam Respublikasının qonşuluq siyasətində xüsusi yeri var. Biz bir-birimizlə qohum və qardaşıq", - deyə Pezeşkian görüşdə bildirib. Qeyd olunub ki, quru, hava və dəmir yolu marşrutlarının inkişafı Tehran və Bakı arasında münasibətlərin möhkəmlənməsinə zəmin yaradır. Eləcə də nəqliyyat və dəhliz marşrutlarının gücləndirilməsinin, mövcud imkanlardan istifadə olunmasının vacibliyi vurğulanıb. Habelə Azərbaycan və İran arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər