Şou biznes

Nikolay Baskov ağrılardan xilas edən asılılığını açıqlayıb - VİDEO

16 Sep 2026, 07:00 7 baxış
Nikolay Baskov ağrılardan xilas edən asılılığını açıqlayıb - VİDEO
Rusiyalı müğənni Nikolay Baskov psixoloji vəziyyəti ilə bağlı izləyicilərinə səmimi etiraf edib. Oxu.Az xəbər verir ki, ifaçı bununla bağlı müraciətini "Instagram" sosial şəbəkəsində yayımlayıb.

"Rusiyanın qızıl səsi" səhnədən asılı olduğunu və çıxışların ona qəlbindəki boşluğu və mənfi düşüncələri unutmağa kömək etdiyini etiraf edib. Bir aydan sonra 50 illik yubileyini qeyd edəcək Baskov bu qənaətə Tverdəki son konsertindən sonra gəldiyini bildirib. Xalq artisti paylaşdığı videoda deyib: "Tamamilə asılı olduğum bu iş məni ürəyimdəki ağrılardan xilas edir. Hələ ki, bu barədə danışa bilmərəm. Bəlkə nə vaxtsa". Baskov, həmçinin pərəstişkarlarına təsirli sözlərlə müraciət edib: "Siz məni xilas edirsiniz, siz mənim stimulumsunuz, sevgimsiniz, duyğularım və sağlamlığımsınız", - deyə o əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər