Digər
Ərəbistan Avropaya neft tədarükünü dayandırdı
Səudiyyə Ərəbistanı Avropadakı müştərilərini Yanbu limanından neft yükləmələrinin müvəqqəti dayandırılması barədə məlumatlandırıb və sentyabrın sonuna planlaşdırılan neft tədarüklərini ləğv edib.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, dayandırılma əsas neft alıcılarını alternativ təchizat mənbələri axtarmağa məcbur edib.
Qeyd edək ki, qərar Səudiyyə Ərəbistanının ötən həftə baş vermiş hücumdan sonra fəaliyyətini dayandırdığı “Şərq–Qərb” neft kəmərinin bağlanması fonunda qəbul edilib. Bundan əlavə, ölkə Qırmızı dənizdə husilərinin hücumları və Hörmüz boğazının bloklanması səbəbindən ixracla bağlı problemlərlə üzləşir.
Mənbə
axar.az