Şou biznes
Pitt ailəsində daha bir soyad dəyişikliyi: İndi böyük oğlu addım atdı - FOTO
Hollivud ulduzları Ancelina Coli və Bred Pittin 25 yaşlı böyük oğlu Meddoks artıq rəsmi sənədlərdə Pitt soyadını daşımayacaq. Məhkəmə onun soyadının dəyişdirilməsi ilə bağlı müraciətini təmin edib. Oxu.Az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. * Bred Pittin övladları aktyorun soyadından imtina etdilər * Bred Pittin oğlu atasının soyadından imtina edib * Ancelina Coli və Bred Pittin qızından şok addım: Adını və soyadını dəyişdi Qərara əsasən, o, bundan sonra rəsmi olaraq Meddoks Çivan Coli-Pitt deyil, Meddoks Çivan Coli adlanacaq. Qeyd edək ki, Meddoks sabiq cütlüyün soyadını dəyişdirən ikinci övladıdır. Ondan əvvəl Şaylo 2024-cü ildə Los-Anceles məhkəməsinə müraciət edərək atasının soyadından imtina etmək istədiyini bildirib. Xatırladaq ki, Coli və Pittin Şaylo ilə yanaşı, 18 yaşlı əkizləri Vivyen və Noks da daxil olmaqla üç bioloji övladı var. Cütlük daha üç uşağı - Meddoks, Paks və Zaharanı isə rəsmən övladlığa götürüb. Aktyorlar 2005-ci ildə "Mister və missis Smit" filminin çəkiliş meydançasında tanış olublar, 2014-cü ildə ailə qurublar və 2019-cu ildə rəsmi olaraq boşanıblar. Bu müddət ərzində onların münasibətləri Hollivudun ən çox müzakirə olunan qalmaqallarından birinə çevrilib. Mətbuatın məlumatına görə, Coli keçmiş ərinin alkoqol və marixuanadan istifadə etməsi, həmçinin qəzəb tutmaları səbəbindən uşaqların təhlükəsizliyindən ciddi narahatlıq keçirib. O, bir dəfə sabiq həyat yoldaşını Fransadan Los-Ancelesə uçuş zamanı uşaqlardan birinə fiziki zorakılıq göstərməkdə ittiham edib. Lakin ABŞ Federal Təhqiqat Bürosu (FTB) sonradan qəddar rəftar iddiaları ilə bağlı başladılan istintaqa xitam verib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az