İdman
Kol Palmer oyun görüntülərini vaxtından əvvəl yayımladığı üçün bloklandı
İngiltərə millisinin və "Çelsi"nin futbolçusu Kol Palmer EA SPORTS FC 27 oyununun görüntülərini vaxtından əvvəl canlı yayımda nümayiş etdirdiyi üçün "Twitch" və EA tərəfindən bloklanıb. Oxu.Az techora.ru-ya istinadən xəbər verir ki, Palmer "Twitch"dəki yayım zamanı FC 27-nin oyun prosesini göstərib və planlaşdırılan tarixdən əvvəl oyun paketlərini açmağa başlayıb. Bir müddət sonra oyunun tərtibatçıları canlı yayıma qoşularaq futbolçuya zarafatla müraciət ediblər: "Kol, məgər bunu daha sonra etməli deyilik?" Bundan sonra Palmerin "Twitch" hesabı bloklanıb. Futbolçu isə buna yumorla yanaşaraq sosial şəbəkələrdə bloklama ilə bağlı ekran görüntüsü paylaşıb. "Axı mən insanlara istədiklərini verirdim - deyəsən, tərtibatçılar bunu bəyəndilər", - deyə Palmer yazıb. Qeyd edək ki, EA SPORTS FC 27 oyununun ilk rəsmi yayımı 15 sentyabr 2026-cı il, Bakı vaxtı ilə 21:00-22:30 aralığında keçirilib.
Mənbə
oxu.az