İdman

Azərbaycan millisi Yaponiya ilə qarşılaşacaq

16 Sep 2026, 00:58 2 baxış
Azərbaycan millisi Yaponiya ilə qarşılaşacaq

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlığın ikinci mərhələsi çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.


Axar.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-20 millimiz oktyabrın 3-də Moldovanın, oktyabrın 6-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.


Hər iki görüş Qəbələ şəhər stadionunda keçiriləcək.


Oyunların başlanma saatı ilə bağlı daha sonra məlumat veriləcəyi bildirilib.


Qeyd edək ki, U-20-nin təlim-məşq toplanışının ikinci mərhələsi sentyabrın 24-dən oktyabrın 6-dək olacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər