Digər
İranla müharibədə ölən amerikalı hərbçilərin sayı açıqlandı
ABŞ-ı fevralın 28-dən iyunun 30-dək İrana qarşı davam edən əməliyyat zamanı yeddi amerikalı hərbi qulluqçu həlak olub, daha yeddi nəfər qeyri-döyüş hadisələri nəticəsində dünyasını dəyişib, 417 nəfər isə yaralanıb. İyul ayında daha dörd hərbi qulluqçu həlak olub.
Axar.az xəbər verir ki, bu barədə Pentaqonun hesabatında deyilir.
Hesabatda texnika itkiləri arasında dörd "F-15E" qırıcı təyyarəsi, 30-a yaxın "MQ-9" pilotsuz uçuş aparatı və bir "AH-64" helikopteri göstərilib. Bundan əlavə, yeddi "KC-135" yanacaqdolduran təyyarəsi zədələnib və ya məhv edilib.
Mənbə
axar.az