Digər

Səudiyyə sutka ərzində Yəmənə 52 zərbə endirdi

16 Sep 2026, 01:08 2 baxış
Səudiyyə sutka ərzində Yəmənə 52 zərbə endirdi

Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri son sutka ərzində Yəməndə “Ənsarullah” hərəkatının (husilər) nəzarətində olan ərazilərə 52 hava zərbəsi endirib.


Axar.az xəbər verir ki, bunu husilərin rəsmi nümayəndəsi Yəhya Səriya bildirib.


Onun sözlərinə görə, hücumlarda Xamis-Müşeyt və Taif şəhərlərindəki aviabazalardan havaya qalxan F-15 və “Tayfun” döyüş təyyarələrindən istifadə olunub.


Yəhya Səriya zərbələrin Taiz vilayətində məktəblər, körpülər və yollar da daxil olmaqla mülki obyektlərə, həmçinin Əl-Cauf, Əl-Beyda, Səada və Amran vilayətlərindəki digər obyektlərə endirildiyini iddia edib.

Mənbə axar.az

Oxşar Xəbərlər