Digər
Rusiyanın Almaniyadakı sonuncu baş konsulluğu bağlandı
Rusiyanın Almaniyanın Bonn şəhərindəki (Şimali Reyn-Vestfaliya) baş konsulluğu bağlanıb.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bununla əlaqədar olaraq konsulluğun bağlanış mərasimi keçirilib.
Bildirilib ki, bu, Rusiyanın Almaniya ərazisindəki sonuncu baş konsulluğu idi.
Qeyd edək ki, Leypsiq hava limanında bir ay öncə partlayıcı ilə doldurulmuş pilotsuz uçuş aparatının aşkarlanmasından sonra Almaniya Rusiyanın Bonndakı baş konsulluğunun bağlanacağını və Berlindəki Rusiya Evinin fəaliyyətinin dayandırılacağını açıqlamışdı.
Mənbə
axar.az