Siyasət

Tarixi həqiqətlər dəyişmir - "Qafqaz Albaniyası birmənalı olaraq Azərbaycanın qədim irsidir"

15 Sep 2026, 20:16 2 baxış
Tarixi həqiqətlər dəyişmir - "Qafqaz Albaniyası birmənalı olaraq Azərbaycanın qədim irsidir"
"Ermənilər nə qədər çalışsalar da, tarixin saxtalaşdırılması üçün nə qədər səylər göstərsələr də, Qafqaz Albaniyası Azərbaycanın tarixi irsidir". Bu fikirləri Oxu.Az-a açıqlamasında millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
O bildirib ki, Azərbaycan tarixində özünəməxsus yeri olan dövlətlərdən biri də Qafqaz Albaniyasıdır: "Kimin nə iddia etməsindən asılı olmayaraq, bu dövlət azərbaycanlıların olub və bizin ərazimizdə qurulub. Sözügedən dövlətin iki paytaxtı da olub - Qəbələ və Bərdə şəhərləri. Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda çoxlu Qafqaz abidələri də var. Bunlar Azərbaycan tarixinin ayrılmaz parçasıdır. Qafqaz Albaniyasının Azərbaycan tarixində özünəməxsus xüsusi yeri və çəkisi var. Yəni bu, birmənalı olaraq qəbul edilən, vurğulanan və haqqında bəhs edilən məsələdir. Zaman-zaman ermənilər müxtəlif tarixi abidələrə sahib çıxmağa, saxtalaşdırma ilə məşğul olmağa çalışıblar, amma istəklərinə nail ola bilməyiblər. Təəssüf ki, sözügedən proses zaman-zaman ermənilər tərəfindən həyata keçirilir. Rəsmi Bakı dəfələrlə bu məsələyə kəskin reaksiyasını verib, ancaq ermənilər təxribata cəhd göstərirlər. Xüsusi vurğulamaq lazımdır ki, Alban yeparxiyası təəssüf ki, zaman-zaman çar Rusiyasının da təzyiqlərinə məruz qalıb". C.Məmmədov xatırladıb ki, ötən əsrlərdə yeparxiyanın ləğvi məqsədilə müxtəlif qərarlar qəbul edilib: "Burada da biz yenə Ermənistanın rolunu xüsusi qeyd etməliyik. Nəhayət, 1836-cı ildə ermənilər öz məqsədinə nail oldular. Sinodun qərarı ilə yeparxiya ləğv edildi. Ləğv olunduqdan sonra ona aid olan bütün abidələr erməni kilsəsinə verildi. Bu məsələdə ermənilərin rolu çox böyük olub. O dövrdən başlayaraq ermənilər bu saxtalaşdırmanı həyata keçirməyə başladılar və sözügedən istiqamətdə müxtəlif addımları atdıqlarını şahidi olduq. Hesab edirəm ki, bu saxtalaşdırmanın heç bir rolu və təsiri olmayıb, gələcəkdə də olmayacaq. Onu da əlavə etməliyik ki, ölkələr arasında sülh prosesi gedir, müxtəlif addımlar atılır, bu mənada da ermənilər saxtalaşdırmaya son qoymalı və bu təbliğatı dayandırmalıdırlar".
Tarixi həqiqətlər dəyişmir - "Qafqaz Albaniyası birmənalı olaraq Azərbaycanın qədim irsidir" Tarixi həqiqətlər dəyişmir - "Qafqaz Albaniyası birmənalı olaraq Azərbaycanın qədim irsidir"
Mənbə oxu.az

Oxşar Xəbərlər