Siyasət
Ermənilər Qarabağda kilsələri necə saxtalaşdırıblar? - Alban-udi icmasının sədri faktları üzə çıxardı
"Qafqaz Albaniyasının tarixi çox zəngindir və minillik tarixi var. Həm xristianlıqdan qabaq olan dövr, həm də xristianlıqdan sonra, 7-8-ci əsrlərdə Qafqaz Albaniyası böyük bir ölkə idi. Sonra tarixçilər 18-19-cu əsrlədə Albaniyanı bölmək üçün Balkan Albaniyası və Qafqaz Albaniyası olaraq iki yerə böldülər". Bu sözləri Oxu.Az-a açıqlamasında alban-udi xristian icmasının sədri Robert Mobili deyib. O bildirib ki, xristianlıq Albaniyada dövlət dini olandan sonra Azərbaycan ərazisində, Böyük Qafqazın cənub yamacında, Qarabağda, Kiçik Qafqazda kilsələr tikilib:
"Bu gün bütün kilsələrin yerləri mövcuddur və IV, VI, VIII, XII əsrlərdə olan kilsələr mövcud yerlərdə qalıb. Məsələn, Qarabağda Xudavəng monastır kompleksi, Gəncəsər monastır kompleksi, eləcə də bir çox regionlarda, rayonlarda bu irs mövcuddur. Yəni Azərbaycan dövləti bu gün Albaniyanın, Alban çarlığının birbaşa varisidir və o mədəni irs birbaşa Azərbaycanın mədəni irsidir. Yəni Azərbaycan ərazisində Qafqaz Albaniyasının çox zəngin irsi mövcuddur. Burada söhbət yalnız alban kilsələrindən getmir, ondan əvvəl də tarixi yerlər olub. Yəni həm xristianlıqla bağlı, həm xristianlıqdan qabaq olan çox sayda mədəni irsimiz, tarixi yerlərimiz mövcuddur. Bu kilsələrin erməni kilsələri ilə heç bir bağlılığı yoxdur. Bunlar birmənalı olaraq alban kilsələridir. Sadəcə olaraq, ermənilər buraya gələndən sonra bu kilsələri saxtalaşdırıblar. Azərbaycanın tarixində çox zəngin mədəni irsimiz var. Bu mədəni irsin sahibi Azərbaycandır. Gələcəkdə də bu kilsələrin böyük bir hissəsi konservasiya olunacaq, bir hissəsi isə ibadət üçün istifadəyə veriləcək", - deyə icma sədri vurğulayıb. O əlavə edib ki, ermənilər işğal dövründə təkcə alban-udi məbədlərini təhrif etməyib, İslam dini ilə bağlı irsləri ümumiyyətlə yox ediblər: "Kilsələrin böyük hissəsi isə erməni kilsəsi kimi bərpa olunub. Üzərindəki yazıları, simvolları, elementləri, xaçı dəyişiblər. Amma nə qədər dəyişsələr də, daşların üzərində olan bağlayıcıları silmək mümkün deyil. Məsələn, Xudavəng monastır kompleksi - müharibədən sonra biz işğaldan azad olunan ərazilərə getmişdik. Dünya praktikasında görünməyib ki, kilsədə hər daşın üzərində xaç olsun. Ermənilər bunu sonradan tarixi saxtalaşdırmaq üçün ediblər. Bunu bilmək üçün heç mütəxəssisə də ehtiyac yoxdur, uzaqdan baxan kimi bilinir. Bu gün alban-udi xristian icmasının əsas məqsədi odur ki, bu kilsələr bərpa olunsun. Erməniləri isə bu bərpa-konservasiya işinə buraxmaq lazım deyil. Çünki bu, bizim işimizdir, onlara heç bir aidiyyəti yoxdur. Gələcəkdə də bu kilsələrin çoxu bərpa olunacaq, turizm üçün də çox gözəl bir şərait yaranacaq".

Mənbə
oxu.az
Oxşar Xəbərlər