Digər

Almaniyada gizli görüş: ABŞ, İsrail və ərəb ölkələri...

15 Sep 2026, 21:26 3 baxış
Almaniyada gizli görüş: ABŞ, İsrail və ərəb ölkələri...

ABŞ, İsrail və bir sıra ərəb ölkələrinin yüksəkrütbəli hərbi rəhbərləri İranla müharibəni və regiondakı gərginliyi müzakirə etmək üçün ötən həftə Almaniyada görüşüblər.


Axar.az xəbər verir ki, bu barədə “Axios” İsrailin iki rəsmisinə istinadla məlumat yayıb.


ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperin təşkil etdiyi qapalı görüşdə İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Qətər, İordaniya və Misirin baş qərargah rəisləri iştirak ediblər.


Məlumata görə, admiral Bred Kuper İranın ABŞ bazalarına hücumlarına baxmayaraq, Amerika qüvvələrinin regiondan çıxarılmayacağını bildirib. O, həmçinin Hörmüz boğazında gəmi hərəkətinin genişləndirilməsi ilə bağlı ABŞ-ın planı barədə iştirakçılara məlumat verib.

Mənbə axar.az

Oxşar Xəbərlər