Cəmiyyət
Şamaxıda yol kənarı zibilliyə çevrilib - FOTO
Şamaxı rayonunda təbiətin məişət tullantıları ilə çirkləndirildiyi bildirilir. Oxu.Az-a müraciət edən şəxs bildirib ki, Çuxuryurd-Qızmeydan istiqamətində yolun 6-7-ci kilometrliyi arasında böyük həcmdə məişət tullantıları əraziyə atılıb. Onun sözlərinə görə, əsas çirkləndirilmiş hissə Qızmeydan kəndinə gedən yolun yaxınlığındadır. Müraciət müəllifi qeyd edib ki, Qızmeydan, Kürdəmic və Çuxuryurd kəndlərində məişət tullantılarının toplanması üçün zibil qutuları yoxdur.
{{gallery}} "Bu kəndlərdə bir dənə də olsun konteyner və tullantıların poliqona daşınmasını həyata keçirən xidmət də yoxdur", - deyə o bildirib. Onun sözlərinə görə, bu vəziyyət nəticəsində kəndlərdən çıxarılan məişət tullantıları yol kənarındakı ərazilərə atılır və nəticədə böyük tullantı sahəsi yaranıb. Şikayətçi aidiyyəti qurumları məsələyə müdaxilə etməyə, sözügedən kəndlərdə zibil qutuları quraşdırmağa və tullantıların mütəmadi şəkildə daşınmasını təmin etməyə çağırıb.

Mənbə
oxu.az