İdman
Ronaldo “Əl-Nəsr”in ortaq sahibi ola bilər
Portuqaliya millisinin futbolçusu Kristiano Ronaldo hazırda çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun səhmdarlarından biri ola bilər.
Axar.az xəbər verir ki, bu barədə DAZN məlumat yayıb.
Bildirilib ki, Ronaldo və daha 4 investor “Əl-Nəsr”in səhmlərini almaq üçün təklif hazırlayır. Hər bir investorun bunun üçün minimum 92 milyon avro ayıracağı gözlənilir.
Qeyd edək ki, Kristiano Ronaldo 2022-ci ilin dekabrından “Əl-Nəsr”də çıxış edir.
Mənbə
axar.az